Ukrayna Prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə telefon danışığı aparıb.

Tərəflərin əsas müzakirə mövzusu Ukraynadakı yeni hökumət, Donbasdakı vəziyyət və Nadejda Savçenko olub.

Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Poroşenko deyib ki, yeni hökumət Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq edəcək və Minsk sazişinin öhdəliklərinə əməl ediləcək.

Müzakirələr zamanı yaxın vaxtlarda Ukraynaya 1 milyard məbləğində kredit zəmanətlərinin üçüncü tranşının ayrılması haqqında razılığa gəlinib.