Bu gün Moskvada MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası öz işinə başlayır. Xarici İşlər Nazirləri Şurasının iclasında 20-dək məsələ müzakirə olunacaq. Nazirlər Böyük vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bir sıra sənədlərə münasibətlərini bildirəcəklər. Bundan əlavə, iclasda Qazaxıstanın ATƏT-də sədrliyi, Avropa təhlükəsizliyi müqaviləsi layihəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.