Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə olunur.

Hazırda dünya bazarlarında "Brent” markalı neftin bir barelinin qiyməti 42.64 dollar təşkil edir.

"WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. "Texas” markalı neftin bir barelinin qiyməti hazırda 40.21 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzəriLayt” markalı neftin bir barelinin qiyməti 3,19 dollar bahalaşaraq 42,72 dollar təşkil edib.

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,48 dollar olub. Platinin 1 qramı 31,76 dollar, palladiumun 1 qramı isə 17,61 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0,51 dollar müəyyənləşib.

ANS