Aprelin 11-də Danimarkanın Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək.

Mia.az xəbər verir ki, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev iclasda iştirak edəcək.

İclasda ATƏT PA-nın yay sessiyasında müzakirə olunacaq layihələr təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkiləri müşahidə missiyaları və keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.