Rusiya baş naziri Dmitri Medvedev İrəvanda səfərdədir.

Səfər çərçivəsində Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. Tərəflər Dağlıq Qarabağ ətrafındakı situasiyanı müzakirə edəcək. Görüşün sonunda Rusiya və Ermənistan bəyanatla çıxış edəcəklər.

Sabah isə baş nazir Bakıda rəsmi səfərdə olacaq və prezident İlham Əliyevlə görüş keçirəcək.