"Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır".
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi "Feysbuk" səhifəsində məlumat yayıb.
"Həmsədrlər tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər edirlər. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir”, – məlumatda bildirilib(Axar.az).