"Ölkəmizdə  mövcud sosial-iqtisadi problemlər, onların meydana gəlməsinin səbəbləri və aradan qaldırılması yolları barədə şəxsi mövqeyimlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ümumi mövqeyi  arasında son zamanlar meydana çıxan fikir ayrılığını nəzərə alaraq BAXCP Ali Məclisinin sədri və BAXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm!".

Mia.az xəbər verir ki, bu sözlər Teyyub Qənioğlunun xüsusi yaydığı bəyanatda yer alıb.

O, bəyanatında BAXCP-yə gələcək fəaliyyətində müvəffəqiyyətlər də arzulayıb:

"Eyni zamanda, Azərbaycanın bütövlüyü, dövlətimizin və xalqımızın mənafeyi uğrynda mübarizədə mövqeyindən asılı olmayaraq, ökəmizdə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən BAXCP  ilə əməkdaşlıq etməyə hazır olduğumu bildirirəm".