Azərbaycanın ispaniyadakı səfirliyində bayram tədbiri keçirilib
304;şlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə,19 Mart 2010-cu il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində Novruzun gəlişi ilə əlaqədar bayram keçirilmişdir. Tədbirdə, əllidən artıq Madrid və İspaniyanın digər şəhərlərində yaşayan həmvətənlərimiz, Azərbaycan diasporunun üzvləri, ictimai təşkilatlarının üzvləri, tələbələr və o cümlədən digər xarici qonaqlar iştirak etmişlər.
Mərasimi açan səfir Altay Əfəndiyev qeyd olunan Bayramın gəlişi münasibətilə qonaqları təbrik edərək, Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz Bayramının tarixindən, ona məxsus adət-ənənələrindən məlumat verdi və bayramın beynəlxalq aləmdə tanınması üçün Azərbaycan hökumətinin göstərdiyi səyləri xatırlatdı. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 Martın Beynəlxalq Novruz Günü kimi qeyd olunmasını və YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsini qonaqların diqqətinə çatdırdı. Çıxışın sonunda Səfir, tədbirin keçirilməsində əsas məqsəd həmin ölkədə yaşayan həmvətənlərimizin səfirlik ilə daima sıx təmasda və bütün məsələlərdə daha həmrəy olmağa çağırmaq ilə yanaşı səfirlik tərəfindən hər zaman soydaşlarımıza kömək və qayğı göstəriləcəyinin vurğulanması idi.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram müraciətini diqqətlə dinlədikdən sonra bayram əhval ruhiyyəsində novruz xonçası, səməni, şəkərbura, paxlava və digər bayram şirniyyatları ilə bəzədilmiş masalar ətrafında və eləcədə səfirliyin həyətində qalanmış tonqal ətrafında xalq musiqisi sədaları altında toplanan qonaqlar xoş ünsiyyət yaradaraq tədbiri davam etdilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50