Mia.az-a daxil olan məlumata görə, iclasda müzakirə mövzusu işğalçı Ermənistan ordusunun yenidən atəşkəsi pozması və Azərbaycan Milli Ordusunun ona layiqli cavab verməsi olub. İclasda Əvəz Temirxan, ALP İK sədri E. Məmmədzadə, ALP sədr müavinləri T. Kərimov, E. Muradov, MNTK sədri İ. Əliəsgərli, ALP İK üzvü T. Əşrəfov və başqaları çıxış etmişlər.
Çıxış edənlər birmənalı olaraq Azərbaycan Milli Ordusunun, Əskərlərimizin Vətənin müdafiəsinə yönəlmiş bütün addımlarını alqışladıqlarını və Ordumuzun uğuruna sevindiklərini bildirmişlər.
ALP lideri, professor Lalə Şövkətin partiyanın fəaliyyətinin müharibə şəraitinə uyğunlaşdırılması haqqında bəyanatını vaxtında və yerində verildiyini qeyd etmiş və ona uyğun tədbirlər planını hazırlamağa dair təklifləri müzakirə edib.