İran aprelin 17-də neft istehsalçılarının Qətərdə keçiriləcək görüşündə iştirak edəcək.
Bu barədə ictimaiyyətə İranın Neft naziri Bican Zəngənə deyib.
"Mən mütləq neft iclasında iştirak edəcəyəm. Lakin İran hazırda hasilatı dondurmaq və neft ixracını dayandırmaq fikrində deyil. Biz Rusiya və OPEK ölkələri arasındakı əməkdaşlığı dəstəkləyir və yüksək qiymətləndiririk”, - nazir bildirib(Axar.az).
Qeyd edək ki, fevralın 16-da Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb.