Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Fonddan verilən məlumata görə, ARDNF tərəfindən satışa çıxarılan vəsaitdən 1 mln. dollar 1 kommersiya bankına satılıb.
Qeyd olunub ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.