"Rusiya Gürcüstanın inkişafının qarşısını almaq istəyir".
Bunu ABŞ-ın keçmiş Müdafiə naziri Donald Ramsfeldlə görüşü zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. Onun sözlərinə görə, Rusiya Qafqazı özünün arxa bağçası hesab edir:
"Bizim region Rusiyanın qonşusudur. Onlar çalışırlar ki, qonşu ölkələrdəki siyasi proseslərdə iştirak etsinlər və hətta Moskva bizlərdən bəzilərini özünün arxa bağçası hesab edir. Rusiya çalışır ki, Gürcüstanın inkişafını dayandırsın. Bu isə bizim dostlarımızın Xəzər dənizində yaratdıqları bütün imkanların itməsi deməkdir. Gürcüstan siyasi və mədəni baxımdan özünü NATO və Avropanın bir hissəsi hesab edir”(Axar.az).
Qeyd edək ki, Ramsfeld ABŞ-ın ən məşhur siyasətçilərindən biri hesab edilir. O, oğul Corc Buş dövründə müdafiə naziri vəzifəsini tutub. Ramsfeld ABŞ-ın Əfqanıstan və İraqa girməsinə əsas şərait yaradan şəxslərdən sayılır.