Türkiyənin Şırnak, Mardinin Nusaybin və Hakkarinin Yüksəkova rayonlarında anti-terror əməliyyatı keçirilib.
Baş Qərargahdan verilən məlumata görə, əməliyyat zamanı 32 PKK üzvü öldürülüb.
Separatçıların sığınacaqlarında axtarış zamanı kustar üsulla hazırlanmış əl bombaları, külli miqdarda partlayıcı maddə aşkar edilib.
Əməliyyat davam edir.