"Rusiya Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin həllini istəyir”.

Mia.az-ın trend-ə istinadən məlumatına görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. "Biz digər həmsədrləri ilə bərabər deyil, Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər bu çox mürəkkəb vəziyyətin həllini istəyirik”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Moskva bu məsələnin gündəmdən çıxmağını və münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasını istəyir.