MBASK Sığorta Şirkəti Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Şirkətdən MİA-ya verilən məlumata görə, iclasda şirkətin 2009-cu ildə fəaliyyətinin nəticələri nəzərdən keçirilib, 2010-cu il üçün şirkətin büdcəsi təsdiq edilib, rəhbər vəzifələrə namizədlər irəli sürülüb, habelə nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib. Konkret olaraq 2009-cu ildə əldə edilmiş gəlirdən 2 730 000 AZN-nin şirkətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında qərar qəbul edilib. Nəticədə, şirkətin bu gün üçün 3 milyon AZN təşkil edən nizamnamə kapitalı, səhmlərin nominal dəyərinin artırılması prosesi başa çatdıqdan sonra 5 730 000 AZN təşkil edəcək. Eyni zamanda, şirkətin İdarə Heyətinin sədri Cəmil Məlikovun dövlət qulluğuna işə keçməsi ilə əlaqədar olaraq, bu vəzifəyə sonradan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaq üçün yeni namizəd irəli sürülüb. İclasın yekunlarını şərh edərək, MBASK SŞ İdarə Heyəti sədrinin 1-ci müavini Rəşad Abbasov bildirib: ?Bu cür qısa vaxt kəsiyi ərzində şirkətin nizamnamə kapitalının demək olar ki. 3 dəfə artırılması MBASK-ın yüksək gəlirlilik göstəricilərinə nail olması sayəsində mümkün olub. İdarə Heyətinin Sədrinin dövlət qulluğuna işə keçməsi şirkətin inkişafı prosesinə mənfi təsir göstərməyəcəkdir, çünki İdarə Heyətinin Sədri mövqeyinə namizədliyi irəli sürülən şəxs təcrübəli sığortaçıdır və öz işinin əsl peşəkarıdır?.