Bu gün Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ABŞ Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Aleks Qriqoryevsi partiyanın qərargahında qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycanın demokratikləşməsi prosesində siyasi partiyaların , o cümlədən BQP-nin rolu, qarşıdan gələn parlament seçkiləri barədə fikir mübadiləsi aparılıb. BQP başqanı Qarabağ problemi və onun həlli, ölkə həyatının demokratikləşməsi və digər məsələlərlə bağlı rəhbərlik etdiyi partiyanın mövqeyini qonağın diqqətinə çatdırıb. Görüşdə ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.