Bu gün Milli Məclisdə Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Parlamentdən verilən məlumata görə, bu gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasi-zadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabatı təqdim edəcək, sonra isə sənəd müzakirə olunacaq.