Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin göstəriş verib.
Putin martın 15-dən başlayaraq Rusiyanın Suriyadakı hərbi qruplarının əsas hissəsinin çıxarılması haqda xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyquya tapşırıq verib.
`Hesab edirəm ki, Rusiya Hərbi-Kosmik Qüvvələri əsas vəzifələrini yerinə yetiriblər`,-deyə Putin bildirib.
Rusiya prezidentinin mərbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Suriya prezidenti Bəşər Əsədlə telefonla danışıb. Putin Əsədlə Rusiya hərbi qüvvələrinin yerdəyişməsi barədə qəbul olunmuş qərarı razılaşdırıb.