Türkiyədə qeyri-qanuni yaşayan 100 min erməni miqrantı ölkədən deportasiya oluna bilər. Belə bir bəyanatla Böyük Britaniyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. "Bu, Ermənistanın erməni diasporasının maliyyəsindən imtina etməyəcəyi təqdirdə baş verə bilər",- deyə BBC telekanalına müsahibə verən Ərdoğan söyləyib. "Erməni soyqırımı"na dair qətnamə layihəsinin ancaq Ermənistana zərər vuracağını bildirən türkiyəli baş nazir Ermənistanla dostluq edən ölkələri iki ölkə arasındakı normallaşma prosesinə kömək etməyə çağırıb.