Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ilaxır çərşənbəsində özünü narahat hiss etdiyindən xəstəxanaya aparılıb. Şairin qohumlarının verdiyi məlumata görə, hazırda müayinədə olan Z.Yaqub bu gün evə buraxılacaq. Yaxınlarının sözlərinə görə, şairi müayinə edən həkimlər onun vəziyyəti ilə bağlı çox da qorxulu bir halın olmadığını bildiriblər. Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyənin İstanbul şəhərindəki Türk-Amerika xəstəxanasının urologiya şöbəsində Zəlimxan Yaqubun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Baş tutan əməliyyat zamanı Z.Yaqubun bir böyrəyi çıxarılıb.