Sabah aparıcı müxalifət partiyaları bir araya gələcək. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sabah (18 mart 2010-cu il) saat 12-də aparıcı müxalixət partiyaları liderlərinin Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar yaranmış vəziyyəti müzakirə etmək məqsədilə toplantısı olacaq. ADP-nin mərkəzi qərargahında keçiriləcək toplantıda ADP, Müsavat, AXCP, Liberal, AMİP, Ümid, VİP, KXCP və digər müxalifət partiyalarının rəhbərləri iştirak edəcək. Tədbirin sonunda mətbuat üçün brifinq keçiriləcək.