Abdullah Gül: ?Ermənistanla münasibətlərin nizamlanma prosesi dayanmayıb?
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi dayanmayıb, hazırkı mərhələni isə sakit diplomatiya kimi xarakterizə etmək olar. Bu barədə Konqoda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül bildirib.
Türkiyə mətbuatının yazdığına görə, dövlət başçısı müxtəlif dövlətlər tərəfindən qondarma erməni soyqırımı qətnamələrinin qəbulunu pisləyib və tənqid edib. Onun sözlərinə görə, bütün bunlar türk-erməni münasibətlərinin nizamlanması prosesinə mənfi təsir göstərir.
?Biz bu istiqamətdə inadlı fəaliyyətimizi davam etdiririk?, - deyə Gül vurğulayıb.
Prezident həmçinin əlavə edib ki, Türkiyə protokolların ratifikasiya prosesində Ermənistanı qabaqlayır:
?Ankara İrəvandan fərqli olaraq protokolları birbaşa parlamentə göndərib?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50