Azərbaycanın əməkdar artisti, müğənni Azərinə leytenant hərbi rütbəsi verilib. Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova bildirib. Müğənniyə hərbi rütbənin verilməsi barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. T.Məmmədovanın sözlərinə görə, müğənni Azərin bir ildən artıqdır ki, Daxili Qoşunların Nümunəvi Hərbi Orkestrində solist kimi çalışır: ?Azərin tək-tük müğənnilərdəndir ki, Daxili Qoşunların bütün hərbi hissələrində konsert proqramları ilə çıxış edib?.