NATO Strateji Əlaqələr Mərkəzi direktoru Canis Sarts Rusiya prezidenti Vladimir Putinin Almaniyada qaçqın böhranı səbəbi ilə ölkənin kansleri Anqela Merkeli devirmək istədiyini iddia edib.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Sarts Putinin bu addımı Merkelin Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək verməsi ilə əlaqədar atdığını bildirib.

Məlumata görə, Sarts sözlərinə belə davam edib: "Anqela Merkel Rusiyaya qarşı sanksiyaları hər zaman dəstəkləyib və buna görə də Putin Almaniyada siyasi dəyişiklik yaradıb-yarada bilməyəcəyini yoxlayır”.