"Avropa Birliyi Türkiyəyə miqrant axınına nəzarət etməsi üçün milyardlarla avro ayırmamalıdır". 

Bunu Çexiya mətbuatına açıqlamasında prezident Miloş Zeman söyləyib. Onun sözlərinə görə, Türkiyə Suriyadan gələn miqrantların qarşısını almaq iqtidarında deyil. O bu il Avropaya miqrant axınının keçən ilki səviyyədə qalacağını söyləyib:

"Biz sərhədləri polislə, orduyla qorumalıyıq. Əgər biz qaçqınları buraxsaq, o zaman onlar Almaniyaya çatacaqlar. Daha sonra isə həmin şəxsləri iqtisadi miqrantlar kimi Çexiyaya göndəriləcəklər”.