Mia.az-a daxil olan məlumata görə, iclasda ölkədə mövcud olan ictimai-siyasi, sosial-iqtisadi vəziyyət, partiyadaxili təşkilat məsələləri müzakirə predmeti olub.
Ölkədə mövcud ictimai-siyasi vəziyyət haqqında ALP sədri Ə.Temirxanın, partiya komissiyalarının təşkilatlanması haqqında ALP İK sədri Elman Məmmədzadənin, rayon şöblərində təşkilatlanma haqqında ALP sədr müavini Tofik Kərimovun məlumatı dinlənilib.
Ölkədə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin son dərəcə ağır və gərgin olduğu bildirilmişdir.
Azərbaycan xalqının kredit bataqlığından çıxarılması üçün təkliflər ətrafında partiya daxilində başlanmış "beyin hücumu” müzakirələri davam edib. Partiya rəhbərliyinə tapşırılıb ki, bütün təklifləri ümumiləşdirsin və bu problemin həlli üçün partiyanın uyğun saydığı təkliflər ən yaxın zamanda Azərbaycan Nazirlər Kabinetinə rəsmən verilsin.
Partiyanın növbəti Qurultayının keçirilməsi üçün Siyasi Şurasının qərarı ilə Təşkilat Komitəsi yaradılıb. Əvəz Temirxan Təşkilat Komitəsinin sədri seçilib.
ALP-nin nöbəti Qurultayının bu il keçirilməsi nəzərdə tutulur.