Tələbə-rejissor novruz bayramiıa həsr olunmuz tamaza təzkil edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Röyal Cəbiyevin rejissorluğu və şagirdlərin aktyorlğu ilə Nəsimi rayon 240 saylı orta məktəbdə "Novruz gəldi, Yaz gəldi" adlı tamaşa nümayiş etdirilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Novruz bayramı ilə əlaqədar təşkil edilmiş tamaşada istedadlı yeniyetmələr musiqi ifaları və müxtəlif idman hərəkətləri ilə də çıxış ediblər. Rejissor-tələbə Röyal Cəbiyev ?Tələbələrin Beynəlxalq Əməkdaşlığı? İctimai Birliyinə bildirib ki, Novruz bayramı şənliyini təşkil etməkdə məqsədi yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi və milli adət-ənənələrimizi yaşatmalarını onlarda aşılamaq olub.
Xatırladaq ki, fevralın 24-də 111 saylı orta məktəbdə Röyal Cəbiyevin ssenarisi və rejissorluğu ilə Xocalı soyqırımının 18-ci il dönümünə həsr olunmuş "Ən Böyük Əsgər Bizim Əsgər!" adlı tamaşa təşkil edilmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47