Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.

Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, İ. Əliyev peşə fəaliyyətində nümunəvi kadrdır.

İ. Əliyevin vəzifəsindən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi təklif olunub.

Məsələ səsə qoyularaq qəbul edilib.

APA