Yəmənin cənubunda qocalar evinə hücum edilib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Adendə qocalar evinə edilən hücum nəticəsində 17 nəfər həlak olub.
Bildirilir ki, ölənlərdən 12-si qocalar evinin sakini, 1-I mühafizəçi, 4-ü isə tibb bacısıdır.
"Aden əl-Qəd” informasiya portalının verdiyi məlumata görə, faciəvi hücumu 4 nəfər naməlum şəxs həyata keçirib. Onlar əvvəlcə qocalar evinin qapısını döyüb, qapıya yaxınlaşan mühafizəçiyə isə öz yaşlı analarını ziyarət etmək üçün gəldiklərini deyiblər. Mühafizəçi naməlum şəxsləri içəri buraxdıqdan sonra onlar avtomat silahlardan atəş açmağa başlayıblar.