Suriyada bütün şəhər və əyalətlər qaranlığa qərq olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə ərazisində naməlum səbəblərdən elektrik enerjisi kəsilib.
Rəsmi «Sana» agentliyinin Suriyanın Enerji Nazirliyindən əldə etdiyi məlumata görə, mütəxəssislər hazırda problemin yaranma səbəbini araşdırırlar. Enerjinin verilməsinin yaxın saatlarda bərpa olunacağı bildirilir.