Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının hüquqi statusu dəyişdirilib. Dəyişikliyə əsasən, qanunun 2.1-ci maddəsində "dövlət orqanıdır" sözləri "publik hüquqi şəxsdir" sözləri ilə əvəz ediləcək.
Bəs Mərkəzi Bankın hüquqi statusunun dəyişdirilməsi onun səlahiyyətlərinə təsir edəcəkmi?
İqtisadçı-ekspert Samir Əliyev dəyişikliyi AzNews.az-a şərh edib. Bildirib ki, dünyada Mərkəzi Bankın müxtəlif hüquqi təşkilat formaları var: "Bəzi ölkələrdə Mərkəzi Bank tam özəl mülkiyyətə malikdir. Məsələn, Amerikada Federal Ehtiyyat Fondu Mərkəzi Bankın funksiyasını yerinə yetirir, o, özəl mülkiyyətə malikdir. Avstriyada 50 % dövlətin, 50 % isə yerdə qalan banklar və müxtəlif şirkətlərə məxsusdur. Hüquqi formasının necə olmasından asılı olmayaraq Mərkəzi Bank funksiyasında olan qurumlar pul-kredit siyasətini həyata keçirir. Yəni, bu funksiyada ölkədə pul-kredit siyasətini həyata keçirən bir qurumdur. Bu, dövlət funksiyalarıdır.Mərkəzi Banka qanunvericiliklə "dövlət orqanı deyil, "hüquqi şəxs” statusu qoymaq heç nəyi dəyişmir. Bu, onun nə səlahiyyətində hər hansı bir problem yaradcaq, nə də onun səlahiyyətini mədudlaşdıracaq”.
S.Əliyev fikrincə, Mərkəzi Bankın statuslarında, qanunlarında dəyişiklik edilməsi onun dövlət funksiyasını itirməsi anlamına gəlməməlidir:"Mərkəzi Bank əvvəlki kimi fəaiyyətini davam etdirəcək”.
Elman Rüstəmovun səlahiyyətləri məhdudlaşdılır? – Yeni qərar haqda şərh
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19