İraq ordusu paytaxt Bağdadın mərkəzindən 95 kilometr uzaqlıqda yerləşən Samarra bölgəsini İŞİD-dən geri almaq üçün əməliyyatlara başlayıb.

Bu barədə İraqın Xüsusi Qüvvələr Komandanlığı məlumat yayıb.

İŞİD-in nəzarətində olan Samarra bölgəsinin olduqca strateji əhəmiyyətə malik olduğu bildirilib.

Məlumata görə, əməliyyatlarda könüllü döyüşçülər də iştirak edəcək.

Qeyd edək ki, əməliyyat qərarı 3 gün əvvəl Bağdadda baş verən terror aktından sonra qəbul edilib(Axar.az).