2010-cu ilin fevral ayında isə Parabank ASC Moody International tərəfindən verilən ISO 9001:2008 sertifikartını ikinci dəfə qazandı. Onu da qeyd etmək lazımdır ki, ISO 9001:2008 standartı ISO beynəlxalq təşkilatı tərəfindən 2008-ci ilin noyabrında təqdim edilmişdir. ISO 9000 keyfiyyət sertifikatı menecment sisteminin dünyanın ən nüfuzlu 9000 seriyalı ISO standartlarına uyğunluğunun sənədli təsdiqidir. 9000 seriyasından ən əsas ISO standartı ISO 9001:2008 hesab edilir. Xatırladaq ki, ötən ilin yanvar ayında Parabank ASC-nin idarəetmə sisteminin 9001:2000 beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğunluğu yoxlanılmış və sertifikata layiq görülmüşdür. Sertifikasiyalı audit isə Moody İnternational tərəfindən aparılmışdır. Bankın rəqabət qabiliyyəti və onun bazarda mövqeyi birbaşa məhsulunxidmətin keyfiyyətindən, biznes - prosesslərin stabilliyindən, müştərinin məmnunluğundan və etibarından asılıdır.