Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda birləşmiş Suriya müxalifəti münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq edilməsinə razılıq verib.
 
Bu haqda məlumatı Əl Cəzirə kanalı yayıb:
 
"Ər-Riyadda mərkəzləşən Suriya müxalifəti Suriya ərazisində müvəqqəti atəşkəs rejiminin tətbiqinin beynəlxalq təminatları ilə razılaşdı”.
 
Xatırladaq ki, daha öncə Suriyada atəşkəs razılaşmasının fevralın 27-də gecə yarısı qüvvəyə minəcəyi açıqlanmışdı.

Axar.az