Polis gənclərin Türkiyə səfirliyi qarzısında keçirmək istdəyi aksiyaya imkan vermədi
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısanda qarşısında bir qrup gənc etiraz aksiyası keçirməyə cəhd edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aksiya iştirakçıları səfirliyə doğru irəliləmək istəsələr də, mümkün olmayıb. Belə ki, bir neçə aksiya iştirakçısı polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlananlar arasında Ümid Partiyası sədrinin ideoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev də var. Aksiyada iştirak edən ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı da polisin təzyiqilə üzləşib.
Polisin müdaxilə etməsinə və aksiya iştirakçılarının səfirliyin binası qapşısına buraxılmamasına səbəb kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aksiyanın keçirilməsinə icazə verməməsi göstərilib.
Qeyd edək ki, Azərbaycanda bir qrup gənc ABŞ və İsveç parlamentlərində qondarma ?erməni soyqırımı? ilə bağlı qəbul olunmuş sənədlərə etiraz olaraq Türkiyəyə dəstək aksiyası keçirmək niyyətində idi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51