Fevralın 21-də ölkə müxalifəti böhranla bağlı ikinci geniş toplantısını keçirib. Musavat.com-un xəbərinə görə, ADP-nin qərargahında keçirilən tədbirdə müxtəlif partiyaların rəhbər və təmsilçiləri, ictimaiyyət nümyəndələri, ziyalılar və QHT təmsilçiləri iştirak ediblər.
Dövlət himninin oxunması ilə başlanan tədbirin aparıcısı, KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifətin böhranla bağlı yaratdığı işçi qrup artıq təkliflərini hazırlayıb: "Ökəmizdə baş verənləri hər birimiz bilirik”.
AXP sədri Pənah Hüseyn isə hazırlanan təkliflərdən ibarət bəyanatı səsləndirib. O, bildirib ki, bu kimi tədbirlər artıq başlanacaq xalq hərəkatının qığılcımlarıdır: "Tezliklə ADP-nin böyük zalı ilə kifayətlənməyəcək bu xalq toplantısı. Azərbaycanın haqq səsini bütün dünya eşidəcək”.
Röya
Fotolar müəllifindir
Musavat.com böhrandan çıxış yollarının müzakirə edildiyi həmin toplantıdan canlı yayımı diqqətinizə çatdırır: