Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının strukturunda ciddi dəyişikliklər edilib.

Strateq.az-ın əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə akademiyada mövcud olan prorektor vəzifələri ləğv edilib, əvəzində isəTələbə-gənclərvə idman işləri üzrə müşavirlik postu yaradılıb.

Bu posta isə YAP-ın Nərimanov rayon təşkilatının sədri, YAP Gənclər Birliyi İdarə heyətinin üzvü Yusif Babanlı təyin edilib.

Xatırladaq ki, Yusif Babanlı tanınmış fəal YAP-çı gənclərdən sayılmaqla bərabər, həm dəprofessor, pedaqoji elmlər üzrə fəlsəfə doktorudur.

O, İctimai Televiziya ve Radio Yayımları Şirkətinin Yayım Şurasının, həmçinin Azərbaycan Boks Federasiyasi icraiyyəkomitəsinin uzvüdür.

4 monoqrafiya, 54 elmi məqalə, 5 metodik vəsait, 3 dərs vəsaitinin müəllifidir.