Diyarbakırın Sur bölgəsində içərisində təhlükəsizlik qüvvələrinin olduğu bina çöküb.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə PKK terrorçularının binaya yerləşdirdiyi bombanın partlaması ilə baş verib.

 

İçəridə olan əsgərlərdən 9-u xilas edilib, 3 nəfərin hələ də dağıntılar altında qaldığı bildirilir.