Azərbaycan Müasir Müsavat Partiyası Türkiyənin Ankara şəhərində törədilmiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türk xalqına başsağlığı verib.
Başsağlığında bildirilir:
"Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun, mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər MMP üzvlərini dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən cox hiddətlənir, terroru qətiyyətlə pisləyirik.
Müasir Musavat Partiyası adından həlak olanlara rəhmət diləyir, dərdlərinə şərik olur, dərin hüznlə başsağlığı veririk!!!"