"Zəncir sökülməyə başlayıb. 14 nəfər tutulub. Mənim qənatimə görə, onların sayı 14-dən çoxdur.Çünki bu cinayətin bir ucunun xaricdə olduğu istisna deyil".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənın prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 17-də Ankarada törədilən terrorla bağlı Silahlı Qüvvələrin Baş Qərargahındakı çıxışında bildirib.

"Son zamanlar Türkiyədə keçirdiyimiz antiterror əməliyyatları nəticəsinin verməkdədir.
"İstər PKK, istərsə də "PYD" (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") bu terrorda əlaqələrinin olmadığın söyləsələr də Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının əldə etdiyi məlumatlara əsasən, cinayəti onların törətdiyi aşkarlanıb", - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.