ABŞ Ankarada törədilən terroru kəskin şəkildə qınayıb.
Mia.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays ötən gün Türkiyənin paytaxtı Ankarada törədilən terror aksiyasına münasibət bildirərkən deyib:
"Terror hadisəsinə qarşı mübarizədə NATO-dakı müttəfiqimiz Türkiyə ilə güclü ortaqlığımızı bir daha təsdiqləyirik"
ABŞ-ın müdafiə naziri Eşton Karter də törədilən terrorla bağlı Türkiyəyə başsağlığı verib: "Türk dostlarımızla terrora qarşı mübarizədə həmrəyik. Bu istiqamətdə əməkdaşlığımız dərinlşəcək".
Bundan başqa Avropa Birliyi, Almaniya baş naziri Merkel, Fransa prezidenti və digər ölkələrin rəhbərləri qardaşı ölkəyə başsağlığı veriblər. Onların hər biri Türkiyənin və xalqının yanında olduqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 29 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.