?Azərbaycanın müharibə bəyanatları yolverilməzdir. Belə bəyanatlar regionda vəziyyəti gərginləşdirir?. Belə bir bəyanatla ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker İrəvanda çıxış edib. O qeyd edib ki, tezliklə Qarabağ münaqişəsinin həlli yollarını tapmaq lazımdır. Lenmarker həmçinin bildirib ki, Azərbaycan hərbi büdcəsini azaltmalıdır. Onun sözlərinə görə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin bir hissəsi olacaq. "Bütün Avropa dövlətləri hərbi büdcələrini azaldır, bu eyni zamanda Cənubi Qafqazda da reallaşdırılmalıdır", - deyə o vurğulayıb.