2015-ci ildə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin abunəçilərinin sayı 68 min və ya 5,1 faiz artıb.

"Azərsu” ASC-nin mətbuat xidmətindənverilən məlumata görə, 2016-cı il yanvarın 1-nə kimi ölkə üzrə 1 milyon 377 min 246 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 321 min 405-i və ya 96 faizini əhali, 55 min 841-i və ya 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 66 min və ya 5,2 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 2 min və ya 4,2 faiz artıb.

İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.