Özcan Dəniz Bakıya böyük izçi qrupu ilə gələcək
Türkiyənin məşhur müğənnisi Özcan Dəniz martın 14-ü Heydər Əliyev Sarayında ?Samanyolu? adlı solo konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Lent.az-a ?Qoliaf? Media Prodakşn?ın mətbuat xidmətinin rəhbəri Azər Nəsibov məlumat verib: ?Bundan əvvəl konsert müğənninin çəkildiyi ?Samanyolu? serialına görə təxirə düşmüşdü. Serial hazırda Türkiyənin ATV kanalında yayımlanır. Bu dəfə populyar müğənnin gəlişi maneəsiz baş tutacaq?.
Mətbuat xidməti rəhbərinin məlumatına görə, Dəniz böyük işçi qrupu ilə paytaxtımıza gələcək. Axşam saat 19.00-da başlayacaq konsertdə türk müğənnisi pərəstişkarları üçün ən çox sevilən mahnılarını ifa edəcək: ?Hətta azərbaycanlı pərəstişkarları üçün xüsusi hazırladığı sürpriz bir azəri mahnısı da ifa edəcək. Konsert salonunda Özcanı öz canlı ansamblı müşayiət edəcək. Bir sözlə, konsertə gələnlər məmnun qalacaqlar. Müğənni paytaxtımızda çox qala bilməyəcək. Yaradıcılıq fəaliyyəti ilə əlaqədar olaraq ertəsi gün Türkiyəyə yola düşəcək?.
Konsert ?Qoliaf? Media Prodakşn? MMC-nin təşkilatçılığı ilə həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47