Türkiyə ordusunun iki gündür həyata keçirdiyi bombardıman nəticəsində Rusiyanın dəstəyi ilə Azez bölgəsini ələ keçirmiş PKK-nın Suriya qolu PYD bölgədən çıxarılıb.
Avropa.info xəbər verir ki, bu gün Rusiya təyyarələri yenidən Azez bölgəsini bombalayıb. Bombardıman nəticəsində bir xəstəxana və bir məktəb vurulub, 15 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilir. Yaralılardan 20 nəfəri Türkiyənin Kilis xəstəxanasına çatdırılıb.
Bundan sonra, Türkiyə ordusu toplarla, tanklarla PYD-nin hələ də olduğu Minnağ aeroportunu, Telrifat və Şavarikat bölgələrini vurmağa başlayıb. Bu dəqiqələrdə bombardımanın davam etdirildiyi bildirilir. Atəş səsləri Kilis şəhərindən eşidilir.