ABŞ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı kürd qüvvələrinə atəş zərbəsi endirməsinə münasibət bildirib. 

Lent.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin rəsmisi Con Kibri bildirib ki, Suriyadakı kürd silahlılarını özündə birləşdirən YPG-yə buradakı qarışıqlıqdan istifadə edərək yeni bölgələr ələ keçirməməklə bağlı xəbərdarlıq ediblər. 

Türkiyəni və kürd qüvvələrini İŞİD-lə mübarizəyə daha çox diqqət ayırmağa çağıran ABŞ rəsmisi əlavə edib:

"Biz Türkiyəni kürdlərə zərbələr endirməyə son qoymağa çağırırıq".
 
Qeyd edək ki, rəsmi Ankara Hələb şəhərinin yaxınlığındakı Azez qəsəbəsi istiqamətində top zərbələri endirildiyini təsdiqləyib.