Dünən axşam saatlarında Münhen konfransında Suriyada Əsəd qüvvələri ilə müxalif döyüşçülər arasında razılaşma əldə olunub.
Mia.az xəbər verir ki, ABŞ, Rusiya, Türkiyə, Ərəb liqası ölkələrinin də təmsil olunduğu 17 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə tərəflər bu gündən 1 həfətlik atəşkəs müqaviləsi bağlayıblar.
"Müvəqqəti atəşkəs" adlanan müqaviləyə görə, tərəflər aktiv əməliyyatları bir həftə donduracaqlar. Bundan sonra dağıntılar olan şəhərlərə humanitar yardımlar göndəriləcək.
Bununla bağlı ABŞ-ı danışıqlarda təmsil edən Kerri görüşdən və razılaşmadan sonra açıqlama verib. O, müvəqqəti atəşkəsin gələcək danışıqlarda böyük rol oynayacağını da bildirib.