Paytaxtın Bakıxanov qəsəbəsində 2 milyona villa satılır.

Axar-ın xəbərinə görə, 18 sot torpaqda yerləşən malikanə 3 mərtəbəlidir.

Ümumi sahəsi 900 kvadratmetrdən ibarət imarət 12 otaqlıdır. Villanın sauna, iki hovuzu, həyətində manqal və s. əşyaları da satışa çıxarılıb. Mülk sahibi bütün sənədlərin qaydasında olduğu qeyd edib.