Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriyanın əsas kürd qruplaşmasına dəstəyinə görə ABŞ-ı tənqid edib.

O, Vaşingtonu Demokratik Birlik Partiyası (PYD) və onun silahlı qanadınının üzvlərini terrorçu kimi tanımamaqla "qan dənizi” yaratmaqda ittiham edib.

ABŞ-ın Suriyadakı İŞİD adlanan qruplaşmaya qarşı mübarizədə etibar etdiyi PYD, PKK-nın bir qoludur.

Cənab Ərdoğan 30 min suriyalını Türkiyə ilə sərhəddə saxladığına görə təzyiqlərlə üzləşib.

Qaçqınlar Hələb ətrafındakı Suriya hökumət qüvvələri və müttəfiq silahlıların hücumlarından qaçırlar (BBC).