Azərbaycanın daha bir bankının rəhbərliyində kadr dəyişikliyi olub.

Mia.az "Dəmirbank"a istinadən xəbər verir ki, Rauf Axundov "Dəmirbank"ın İdarə Heyətinin sədrinin müavini vəzifəsini tərk edib.

Hazırda bankın İdarə Heyətinin tərkibində 4 nəfər var: İdarə Heyətinin sədri Roman Əmircanov, onun birinci müavini Fərid Abuşov, sədrin müavinləri Azər Hümbətov və Orxan Vahabovdur.